“Mercedes” ardıcıl altıncı dəfə F1 Konstruktorlar kubokunun qalibi oldu

“Mercedes” komandası ardıcıl altıncı dəfə F1 Konstruktorlar kubokunun qalibi olub.

AutoCity.az xəbər verir ki, Formula 1 Yaponiya Qran-Prisində qalib gələn “Mercedes”in pilotu Valtteri Bottas və yarışı üçüncü pillədə başa vuran Luis Hamilton Almaniya komandasının bu uğura imza atmasını təmin ediblər.

On yeddi mərhələdən sonra 611 xal toplayan “Mercedes” komandası ən yaxın izləyicisi “Ferrari”ni böyük fərqlə geridə qoyub. İtaliya komandasının aktivində 435 xal var.

RƏY BİLDİRİN