Məhəmməd Əlinin "Alfa Romeo"su satışda - FOTOLAR

Əfsanəvi boksçu Məhəmməd Əlinin "Alfa Romeo Spider" markalı avtomobili eBay vasitəsilə hərraca çıxarılıb. 

AutoCity.az xəbər verir ki, onlayn hərracda 1976-cı il seriyalı maşına 13466 dollar ilkin qiymət qoyulub. Avtomobilin getdiyi yol isə 130 min km-dir. 

"Alfa Romeo Spider"in yaxşı vəziyyətdə olduğu bildirilir. Avtomobil bu yaxınlarda yenidən bəzədilib, onun orijinal təkərləri və yumşaq şinləri var. Rodsterin interyeri qara dəri ilə işlənilib. Salonda maşının öz sükanı və maqnitolu quraşdırılıb. 

Sənədlərdə maşının iki sahibinin olduğu göstərilib. Bunlar Məhəmməd Əlinin özü və dostu Tim Şanahandır. Rodster Şanahanda 40 ildir qorunaraq saxlanılıb. Avtomobil 10 at gücündə iki litrlik atmosfer mühərriki ilə təchiz olunub. Bütün təkərlərdə əyləclər disklidir. 

Məhəmməd Əli bu avtomobili bir neçə il saxladıqdan sonra üçüncü arvadı Veronika Porşeyə verib. Lakin Porşe mexaniki ötürmə qurğusu olan maşın sürə bilmədiyini deyərək, onu idarə etməyib. Əli Şanaxana maşını məhz bundan sonra verib. 

eBay-ın hərracında maşını hələ də alan olmayıb. 

Qeyd edək ki, Məhəmməd Əli 2016-cı il iyunun 3-də 74 yaşında ikən vəfat edib. 
 
  • Məhəmməd Əlinin "Alfa Romeo"su satışda- FOTOLAR

RƏY BİLDİRİN