"Daha yüksək pilləyə layiq idim" - Lekler

"Ferrari"nin pilotu Şarl Lekler Yaponiya Qran-prisi haqda danışıb.

AutoCity.az xəbər verir ki, Lekler öz açıqlamasında Qran-prinin nəticələrindən narazı olduğunu bildirib.

"Birinci dövrədəki hadisələrdən sonra bizə çətin olacağını anladıq. Yürüşdən həzz alsam da, 6-cı pillədən narazıyam. Fikrimcə, daha yüksək pilləyə layiq idim" - deyib Lekler.

Qeyd edək ki, Yaponiya Qran-prisinin qalibi "Mercedes"in pilotu Valtteri Bottas olub.

RƏY BİLDİRİN