Orucev "İndy Lights"ın testində iştirak edəcək - FOTO

"SMP Racing" proqramının pilotu İqor Orucev "İndy Lights" seriyalı yarışın testində iştirak edəcək.

AutoCity.az xəbər verir ki, rusiyalı pilot "Andretti Autosport" komandasının heyətində çıxış edəcək. Bu haqda "SMP Racing"in rəsmi instagram hesabı məlumat yayıb. Test yürüşləri 19-20 oktyabr tarixində İndianapolis Motor Spidvey trasında keçiriləcək.

Qeyd edək ki, "İndy Lights" "İndyCar"ın kiçik seriyalı yarışıdır.

 

RƏY BİLDİRİN