Sumqayıtda piyadanı avtomobil vuraraq öldürdü

Oktyabrın 14-də saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılmışdır.

RƏY BİLDİRİN