Şəkidə yük avtomobili piyadanı vurdu

Şəkidə rayonunda yük avtomobili piyadanı vurub.

AutoCity.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyn Yunus oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

RƏY BİLDİRİN