Super-Formulanın qalibi müəyyənləşdi

"TOM'S Toyota" komandasının pilotu Nik Kessidi Super-Formula yarışının Yaponiya seriyasının qalibi olub.

AutoCity.az xəbər verir ki, Sutsuka halqasında keçirilən həlledici yürüşdə çempionluq uğrunda dörd pilot mübarizə aparıb - Nik Kessidi, Naoki Yamamoto, Aleks Palou və  Kenta Yamasita.

Poul-mövqedən Palou start götürüb və  sonda 19-cu olub.

Qeyd edək ki, 2011-ci ildən sonra ilk dəfə olaraq Super-Formulanı qazanan pilotun milliyəti yaponiyalı deyil.

RƏY BİLDİRİN