ABŞ Qran-prisi: Bottas poulu qazandı

"Formula 1" üzrə ABŞ Qran-prisi davam edir.

AutoCity.az xəbər verir ki, Ostin halqasında keçirilən Qran-prinin kvalifikasiya mərhələsi keçirilib. Poulu "Mercedes"in pilotu Valtteri Bottas qazanıb. İkinci sırada  Bottasdan +0.012 saniyə geriləyən Sebastyan Fettel ("Ferrari") qərarlaşıb. İlk üçlüyü isə "Red Bull"un gənc pilotu Maks Ferstappen tamamlayır.

Son Qran-prinin qalibi Lüis Hemillton ("Mercedes") isə 5-ci sırada məskunlaşıb.

Qeyd edək ki, Qran-priyə bu gün keçiriləcək əsas yürüşlə yekun vurulacaq.

RƏY BİLDİRİN