ABŞ Qran-prisinin qalibi müəyyənləşdi - SİYAHI

"Formula 1" üzrə ABŞ Qran-prisi yekunlaşıb.

AutoCity.az xəbər verir ki, Ostin halqasında keçirilən Qran-prinin qalibi "Mercedes"in pilotu Valtteri Bottas olub. Yürüşün sonuna 4 dövrə qalmış komanda yoldaşı olan Lüis Hemilltonu qabaqlayan Bottas karyerasının 7-ci, cari mövsümdə isə 4-cü qələbəsini əldə edib. 

İkinci pillədə isə yürüşün bir çox hissəsinə liderlik edən Lüis Hemillton olub. Britaniyalı pilot ikinci pilləni tutaraq cari mövsümdə çempionluğunu rəsmiləşdirib. Hemillton mövsümün sonuna 2 Qran-pri qalmış dünya çempionu adını qazanıb.

İlk üçlüyü "Red Bull"un pilotu Maks Ferstappen tamamlayıb. 

Qeyd edək ki, növbəti Qran-pri Braziliyada keçiriləcək.

YÜRÜŞÜN NƏTİCƏSİ

Pilot                                          Komanda                         Vaxt                  Sürət              Pit        
1. V.Bottas Mercedes +LAP   2
2. L.Hemillton Mercedes +4.148   1
3. М.Ferstappen Red Bull +5.002   2
4. Ş.Lekler Ferrari +52.239   2
5. А.Elbon Red Bull +78.038   3
6. D.Rikkardo Renault +90.366   1
7. L.Norris McLaren +90.764   2
8. K.Sayns McLaren +1 dövrə   1
9. N.Hülkenberq Renault +1    2
10. D.Kvyat Toro Rosso +1    2
11. S.Peres Racing Point +1    1
12. K.Raykkonen Alfa Romeo +1    2
13. L.Stroll Racing Point +1    2
14. А.Covinatsi Alfa Romeo +1   2
15. R.Qrojan Haas +1    1
16. P.Qasli Toro Rosso çıxış   3
17. D.Rassel Williams + 2 dövrə   2
18. K.Maqnussen Haas çıxış   2

 

Çıxışların səbəbi

Pilot                                Komanda                      Dövrə               Səbəb              
S.Fettel Ferrari 8 asma
R.Kubitsa Williams 32 hidrovilka
K.Maqnussen Haas 54 əyləc

 

RƏY BİLDİRİN