"Ford Transit"dən təkərüstü ev düzəltdilər - VİDEO

Biri var bahalı kemper alaraq səyahətə çıxmaq, biri də var ki, kemperi düzəltmək.

Met və Daniel cütlüyü Ford Transit avtomobilin 2015-ci il buraxışı ilə özlərinə ideal kemper düzəldiblər. Cütlük proyektdən tutmuş təmir işlərinə qədər hərşeyi özləri ediblər. Sonda avtomobil mətbəx, yataq dəsti və digər lazımlı avadanlıqlarla təchiz olunub. 

Təkərin üstündə olan evin hərbir detalı cütlük tərəfindən düzəldilib. Məsələn, təmiz su mətbəxdə saxlanılır. Su balonun doldurulması üçün isə avtomobilin çölündən xüsusi dəlik düzəldilib. Yataq dəsti həmçinin divan kimidə istifadə oluna bilir. Avtomobildəki ventilasiya sistemi, soyuducu və digər elektriklə çalışan avadanlıqlar avtomobilin damına yerləşdirilmiş günəş enerjisi ilə çalışır.

Cütlük dediyinə görə, avtomobilin təmiri onların beş ay vaxtını aparıb.

 

RƏY BİLDİRİN