Yaponlar taxtadan superkar istehsal etdilər

Yaponlar taxtadan superkar istehsal etdilər.
 

AutoCity.az xəbər verir ki, bu model adi avtomobildən 10 faiz yüngüldür və atmosferə atdığı çirkli qazın miqdarı il ərzində 2000 kq az olacaq.
Konstruksiyada nano materialdan istifadə edilib və bu maddə adi taxtadan 5 dəfə möhkəm və yüngüldür.
Belə materialdan hazırlanan avtomobillər daha yüngül və etibarlı olur, eyni zamanda daha az enerji sərf edir. Hazırda alimlər sınaqlar keçirirlər. Əgər tədqiqat uğurla başa çatsa, seriya istehsalı bir neçə il ərzində həyata keçiriləcək.

RƏY BİLDİRİN