Aston Martin yeni krossoverinin salonunu göstərdi

İnternetdə yeni ingilis "Aston Martin DBX" krossoverin salonunun şəkilləri dərc edilib.

AutoCity.az xəbər verir ki, üstünlüklər arasında, hətta kiçik uşaqların yerləşə biləcəyi rahat kresloları qeyd etmək lazımdır. Xatırladaq ki, "Aston Martin DBX" krossoverinin yeniliyinin dünya premyerası noyabrın 20-də Pekində keçiriləcək, lakin ilk satışlara 2020-ci ilin yayında başlanacaq.

Qeyd edək ki, bu modelin rəsmi debütü bu ilin noyabr ayına planlaşdırılır. Avtomobil ötən ay Moskvada keçirilən qapalı tədbir iştirakçıları qarşısında nümayiş etdirilib. Hal-hazırda avtomobilin kapotunun altında 550 at gücü olan 4 litrlik benzin mühərrikinin quraşdırıldığı elan edilib.

RƏY BİLDİRİN