Toyota proqnozları geridə qoydu

Yaponiyanın avtomobil istehsalçısı "Toyota"nın ikinci rüb mənfəət rəqəmləri proqnozlardan yüksəkdir.

AutoCity.az Marja-ya istinadən xəbər verir ki, dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan "Toyota Motor Corporation" ikinci rüb maliyyə göstəricilərini açıqlayıb. Şirkət ikinci rübdə 662.39 milyard Yapon yeni əməliyyat mənfəəti əldə edərək 603.96 milyard yenlik proqnozu keçib.

Avtomobil istehsalçısının xalis mənfəəti isə 592 milyard Yapon yeni təşkil edib. Proqnoz 522.24 milyard yen idi.

Şirkətin xalis satış gəliri 7.64 trilyon yen səviyyəsində reallaşaraq 7.45 trilyon yenlik proqnozu geridə qoyub.

RƏY BİLDİRİN