'Hemillton artıq əfsanədir"

"Ferrari"nin sabiq prezidenti Luka di Montetsemolo açıqlama verib.

AutoCity.az xəbər verir ki, Montetsemolo öz açıqlamasında Hemilltonun artıq əfsanə olduğunu bildiib.

“Lüis mükəmməl pilotdur və bu uğuru Niki Laudanı sevindirirdi. Çünki Lüisi "Mercedes"ə keçidində Laudanın böyük rolu var idi. Hemilton həm yarışda, həm də trasdan kənarda əsl idmançı kimi davranır. Bundan başqa traslara tez uyğunlaşır və sürüş stilini ona görə dəyişir. Təkərlərdən ağıllı formada istifadə edir və gözəl nəticələr qazanır. Lüis artıq "Formula1"in əfsanələrindən biridir. Keçən il bəzi yarışlarda bolidi sürətli olmasa da, qalib gələ bilmişdi. O, artıq Fanxio, Lauda, Şumaxer, Senna, Klark və Stüart səviyyəsindədir”.

Qeyd edək ki, britaniyalı pilot Ostində ikinci olaraq, karyerasının 6-cı çempionluğunu qazanıb və "Formula 1"də bu uğuru qazanan ikinci pilot olub. Bundan başqa 34 yaşlı Lüisin əfsanəvi Şumaxerə çatmasına 1 titul qalıb.

RƏY BİLDİRİN