Yevlaxda yol qəzası oldu, xəsarət alanlar var

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

AutoCity.az-ın məlumatına görə, Hadisə zamanı Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Almaz Xəlilova və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Sadiq Aydınov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Hadisənin dəqiq səbələri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. (Report)

RƏY BİLDİRİN