Avtomobildən plastik kart oğurlayan şəxs tutuldu

Saatlının Sarıcalar kəndndə İ.Alışov avtomobilindən balansında 600 manata yaxın pul olan ona və anasına məxsus 2 ədəd plastik kart oğurlanıb.

AutoCity.az xəbər verir ki, bununla bağlı kənd sakini Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. RPŞ əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, balansında olan pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi 32 yaşlı M.Rəhimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

RƏY BİLDİRİN