Saraydan maşın qaçıran şəxs tutuldu

Abşeron rayonunun Saray qəsəbəsinin sakini E.Nəsibovun “VAZ-2107” markalı avtomobili qaçırılıb. 

Daxili İşlər Nazirliyindən AutoCity.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar Abşeron RPİ əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə maşını qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Cəfərov saxlanılıb.

RƏY BİLDİRİN