“Toyota C-HR”in yenilənmiş versiyası satışda - FOTO

Cəmi 4 ildir istehsalı başlayan yeni “Toyota C-HR” avtomobilinin yenilənmiş versiyası Bakıda satışa çıxarılıb.

AutoCity.az xəbər verir ki, avtomobil hibrid və adi versiyada istehsal edilib. Azərbaycana hələlik modelin benzin mühərrikli versiyası gətirilib. 

Yenilənmiş C-HR yeni ön  və arxa bamperə malikdir. Avtomobil yeni multimedia sistemi, sükan gücləndiricisi, Apple auto tətbiqi ilə təhciz olunub. Burada salonun mükəmməl səs izolyasiyasını da qeyd etmək lazımdır.

Avtomobil istehsalçıları son dövrlər kiçik və qənaətcil avtomobillərə üstünlük verirlər. Hətta SUV və pikap tipli modellərin də kiçik və az yanacaq işlədən versiyaları təqdim edilir. Bu baxımdan, alıcılara təqdim edilən krossover hazırki iqtisadi şəraitə və alıcıların tələblərinə tam uyğundur. Çünki avtomobil qənaətcil olması ilə seçilir. “Toyota C-HR”ın  1.2 L turbo və 2 L mühərrik həcmli versiyası Azərbaycanda satılır. Avtomobilin 100 kilometr məsafəyə ortalama yanacaq sərfiyyatı cəmi 6 litrdir. “Toyota C-HR”ın salonu kifayət qədər genişdir.

Qiymətinə gəlincə, rəsmi dilerdən bildirirlər ki, model  bir necə komplektasiyada satışa çıxarılıb. Sadə komplektasiyalı “Toyota C-HR” Bakıda 43 500 manata satılır.

  • “Toyota C-HR”in yenilənmiş versiyası satışda- FOTO

RƏY BİLDİRİN