Məşhur tennisçidən Hemiltona hədiyyə - FOTO

Məşhur tennisçi Roje Federer "Mercedes" pilotu Lüis Hemiltona raketka hədiyyə edib.

AutoCity.az-ın məlumatına görə, isveçrəli idmançı britaniyalı sürücüyə hədiyyə ilə birgə məktub da göndərib. "Əziz Lüis! Ümidvaram ki, səndə hər şey qaydasındadır. Sadəcə, istərdim ki, mənim yeni raketkamı birincilər sırasında alasan" deyə o, məktubda yazıb.

Hemiltonun cavabı isə zarafatyana olub: "Çox sağ ol, Roje! Nəhayət, məndə atamın zərbələrini dəf etməyə əşya oldu".

Qeyd edək ki, Lüis Hemilton mövsümün sonuna iki yürüş qalmış 6 qat dünya çempionluğunu təmin edib. Son Qran-pri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə olacaq.

  • Məşhur tennisçidən Hemiltona hədiyyə- FOTO

RƏY BİLDİRİN