İcra başçısının müavini qəzaya düşdü - həyat yoldaşı öldü

Qaradağda avtomobil yoldan çıxaraq dərəyə aşıb, 2 nəfər ölüb.

AutoCity.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində baş verib. “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü -1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan R.Cabbarovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, xəsarət alanlardan biri Tovuz rayon İcra hakimiyyəti başçısının müavini Zeynalov Rəşad Nurəddin oğludur, ölən qadın isə onun həyat yoldaşı olub (APA). 

RƏY BİLDİRİN