Lüis Hemilton: "Red Bull" titul qazana bilər"

"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton 2020-ci ildə Konstruktorlar Kubokunu qazanmağa namizəd komandaların adlarını açıqlayıb. 

AutoCity.az-ın məlumatına görə, britaniyalı pilot çıxış etdiyi "Mercedes"i, bu mövsüm ikinci yeri tutmuş "Ferrari"ni və "Honda" güc qurğusuna keçdikdən sonra artıran "Red Bull"u fərqləndirib. 

"Əlbəttə, "Honda" ciddi artırıb. Daha bir istehsalçının belə yüksək səviyyəyə çıxdığını görmək xoşdur. Ümidvaram ki, bu, gələn mövsüm titul uğrunda 3-4 iştirakçının mübarizə aparacağı anlamına gələcək. Belə irəliləyiş "Formula 1" üçün də yaxşı haldır". 

Qeyd edək ki, 2020-ci ildə "Formula 1"in aparıcı komandalarının tərkibi dəyişməyəcək. "Mercedes"də Lüis Hemilton və Baltteri Bottas, "Ferrari"də Sebastyan Albon və Şarl Lekler, "Red Bull"da isə Maks Ferstappen və Aleksander Albon yer alacaq. 

RƏY BİLDİRİN