Hemilton İlin idmançısı adına namizəd oldu - SİYAHI

Nüfuzlu BBC nəşri Britaniyanın ən yaxşı idmançısı adına namizədlərin qısa siyahısını dərc edib.

AutoCity.az-ın məlumatına görə, şort-listə Ben Stouks (kriket), Dina Eşer Smit (atletika), Rəhim Sterlinq (futbol), Alun Uin Cons (reqbi), Lüis Hemilton ("Formula 1") və Katarina Conson-Tompson (atletika) düşüb. Qalibin adı dekabrın 15-də canlı yayımda səsvermə yolu ilə açıqlanacaq.

Qeyd edək ki, Lüis Hemilton artıq 2014-cü ildə Britaniyada ilin idmançısı seçilib. Ötən il isə qələbəni velosipedçi Geraynt Tomas qazanıb. 

RƏY BİLDİRİN