Qəza oldu, tıxac yarandı - FOTO

Bakıda yol qəzası baş verib.

Autyocity.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Çerment körpüsü"nün üzərində yaşanıb.

99-RL-161 nömrəli dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili 99-EA-139 nömrəli dövlət qeydiyyat nişanlı “Opel” markalı minik avtomobilinə arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

Hadisə zamanı yolda 30 dəqiqədən artıq tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

  • Qəza oldu, tıxac yarandı- FOTO

RƏY BİLDİRİN