"Formula 1": 4 qat çempion 3-cü dəfə ata oldu

"Formula 1"də çıxış edən "Ferrari" pilotu Sebastyan Fettel üçüncü dəfə ata olub. 

AutoCity.az xəbər verir ki, almaniyalı sürücünün oğlu dünyaya gəlib. Bununla əlaqədar 4 qat dünya çempionu Abu-Dabu Qran-prisindən öncə təşkil olunmuş mətbuat konfransına qatılmayıb. 

Fettel uşaqlıq rəfiqəsi Hanna Praterlə evlidir. Onların Emili və Matilda adlı iki qızı da var. 32 yaşlı pilot şəxsi həyatından bəhs etməməyə çalışır. Lakin 2017-ci il Monako Qran-prisində o, ailəsi ilə olub. 

Qeyd edək ki, dünya çempionatının bitiminə bir yürüş qalmış Sebastyan Fettel şəxsi hesabda 5-ci yeri tutur. O, yalnız Sinqapur Qran-prisinin qalibi olub. 

RƏY BİLDİRİN