"Mercedes" pilotu boşandı - FOTOLAR

"Formula 1"də çıxış edən "Mercedes" pilotu Valtteri Bottas həyat yoldaşı Emiliyadan boşanıb. 

AutoCity.az xəbər verir ki, bu barədə finlandiyalı sürücünün özü şəxsi "Twsitter"ində yazıb. 

"Emiliya ilə nikahımızın sona çatdığını təəssüflə bildirməliyəm. Yollarımız karyeramdakı çağırışlar və həyat şəraiti ilə əlaqədar ayrıldı. Hesab etdik ki, hər ikimiz üçün belə daha yaxşı olar və nəticədə dost kimi ayrıldıq" deyə 30 yaşlı pilot vurğulayıb. Bottas ona illərlə verdiyi dəstəyə Emiliyaya təşəkkür etməyi də unutmayıb. 

Qeyd edək ki, 27 yaşlı üzgüçü Emiliya Finlandiya yığmasının heyətində Yay Olimpiya Oyunlarında çıxış edib. O, Valtteri Bottasla 2010-cu ildən görüşsə də, 2016-cı ilin sentyabrında ailə qurmuşdu. 

  • "Mercedes" pilotu boşandı- FOTOLAR
  • "Mercedes" pilotu boşandı- FOTOLAR
  • "Mercedes" pilotu boşandı- FOTOLAR
  • "Mercedes" pilotu boşandı- FOTOLAR
  • "Mercedes" pilotu boşandı- FOTOLAR
  • "Mercedes" pilotu boşandı- FOTOLAR
  • "Mercedes" pilotu boşandı- FOTOLAR

RƏY BİLDİRİN