Abu-Dabi Qran-prisi: İlk sərbəst yürüşdə qəza - VİDEO

"Yas Marina" avtodromunda "Formula 1" üzrə Abu-Dabi Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb. 

AutoCity.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Valtteri Bottas göstərib. Finlandiyalı sürücü "Red Bull"dan olan Maks Ferstappeni yarım saniyədən çox üstələyib. "Üçlüy"ü Bottasın komanda yoldaşı Lüis Hemilton qapayıb. Sessiya zamanı Hemiltonun bolidinin mühərrikində problem olub. 

"Ferrari" pilotu Sebastyan Fettel isə məşqin sonunda qəzaya düşərək, 5-ci olub. 

RƏY BİLDİRİN