"Formula 1"də növbəti qəza: "Mercedes" və "Haas" toqquşdu - VİDEO

"Formula 1" üzrə Abu Dabi Qran-prisinin ikinci sərbəst yürüşü zamanı qəza baş verib. 

AutoCity.az xəbər verir ki, sessiyanın sonlarına doğru "Mercedes" pilotu Valtteri Bottas "Haas" pilotu Romen Qrojanla toqquşub. Bu, finlandiyalı pilotun ötmə əməliyyatını yerinə yetirdiyi vaxt döngədə baş verib. Qəza nəticəsində hər iki maşın xəsarət alıb, sessiya isə qırmızı bayraqlarla dayandırılıb.

Törətdiyi qəza üzündən "Mercedes" pilotuna rəsmi xəbərdarlıq olunub. Stüardlar bildirib ki, Bottas günahını boynuna alıb və toqquşmaya uğursuz ötmə cəhdinin səbəb olduğunu söyləyib. 

Qeyd edək ki, qəzaya rəğmən Valtteri Bottas ikinci sərbəst yürüşün də qalibi olub. 

RƏY BİLDİRİN