Ailənin 5 üzvü qəzada öldü

Rusiyanın Krasnoyarsk diyarının Uyarsk rayonunda ağır qəza baş verib.

AutoCity.az-ın REN TV-yə istinadən məlumatına görə, minik avtomobili və yük maşını toqquşub. Hadisə nəticəsində üçü uşaq olmaqla beş nəfər dünyasını dəyişib.

Qəza “Sibir” R-255 trasında qeydə alınıb. Həyatını itirən şəxslər bir ailənin üzvləridir. 

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN