"Formula 2" pilotuna ağır cəza

Braziliyalı sürücü Serjio Sette Kamara "Formula 2" mövsümünün son təsnifat mərhələsinin qalibi olub.

AutoCity.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Yas Marina" avtodromunda keçirilmiş yürüşdə ikinci yeri Kallum Aylott tutub. Hər iki pilot əsas yarışa birinci cərgədən başlayacaq.

"MP Motorsport"un pilotu Mahavir Raqunatan isə mövsümdə ikinci dəfə diskvalifikasiyaya məruz qalıb. Hindistan təmsilçisi sərbəst yürüş zamanı start prosedurunu pozub. Raqunatan irəlidə iki bolidin olmasına baxmayaraq, manevrlər edib. Beləliklə, o, təhlükəli və yolverilməz davranışa əl atıb.

Raqunatan qarşısındakı bolidin hərəkətləndiyini iddia edib. Amma əslində bu, belə olmayıb. O, maşınların yanından keçməklə səhvə yol verdiyini anlasa da, dayanmayıb və hərəkəti davam etdirib.

Bu səbəbdən, pilot pit-leyndən start və 3 cərimə balı ilə cəzalanıb. Beləliklə, Raqunatanın 12 cərimə balı yığılıb. Bu halda o, çempionatın mərhələ yarışını buraxmalıdır. Lakin "Formula 1"də "Formula 2" ilə müqayisədə, cərimə balları mövsümün yekununda silinir. Abu Dabi mövsümün son yarışı olduğundan, hindistanlı pilotu 12 cərimə balı qarşılığında hansı cəzanın gözlədiyi bilinmir. O, artıq cari mövsümdə bir mərhələni cərimə limitini keçdiyi üçün buraxmalı olub.

RƏY BİLDİRİN