Ferstappen "Mercedes" pilotlarını qabaqladı

Birləşmiş Ərəb Əmirliklərindəki "Yas Marina" avtodromunda "Formula 1" üzrə Abu Dabi Qran-prisinin üçüncü sərbəst yürüşü keçirilib. 

AutoCity.az-ın məlumatına görə, ən yaxşı nəticəni "Red Bull" pilotu Maks Ferstappen göstərib - 1 dəqiqə 36,566 saniyə. O, "Mercedes" pilotlarından Lüis Hemiltonu 0,074 saniyə, Valtteri Bottası isə 0,089 saniyə geridə qoyub. 

Qeyd edək ki, ilk 2 sərbəst yürüşü Bottas qazanmışdı. 

RƏY BİLDİRİN