"Formula 1": Mövsümün son poulunun qalibi bilindi

"Mercedes" pilotu Lüis Hemilton "Formula 1" üzrə Abu Dabi Qran-prisinin təsnifat mərhələsinin qalibi olub. 

AutoCity.az xəbər verir ki, ikinci yer britaniyalı pilotun finlandiyalı komanda yoldaşı Valtteri Bottasa qismət olub. Lakin o, mühərrikinin dəyişdirilməsi səbəbindən cərimələnib. Bottas əsas yarışa sonuncu yerdə başlayacaq. 

Üçüncü yeri isə "Red Bull" pilotu Maks Ferstappen tutub. "Ferrari"dən Şarl Lekler dördüncü olduğu üçün ikinci cəhddən yararlana bilməyib. 

RƏY BİLDİRİN