"Formula 1" komandası adını dəyişdi

"Formula 1"də çıxış edən "Toro Rosso" adını dəyişib. 

AutoCity.az-ın məlumatına görə, İtaliya komandası 2020-ci ildən "Alfa Tauri" adlanacaq. Dəyişikliyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) rəsmən təsdiqləyib. "Alfa Tauri" "Red Bull"a məxsus dəbli paltarlar brendidir. Bu komanda "Toro Rosso" ("Red Bull"un, yəni "Qırmızı Öküz"ün italyanca tərcüməsi) adını 2016-cı ilin əvvəlində enerji içkiləri istehsalçısının "Minardi"ni aldığı vaxt alıb. 

Gələn mövsüm "Alfa Tauri"nin heyətində rusiyalı Daniil Kvyat və fransalı Pyer Qasli çıxış edəcək. Cari mövsüm dünya çempionatının sonuna bir mərhələ qalmış "Toro Rosso" Konstruktorlar Kubokunda 6-cı yeri tutur və ilk "5-liy"ə daxil olmaq üçün "Reno" ilə mübarizə aparır. 

Kvyat və Qasli 2019 mövsümündə tarixdə ilk dəfə iki podiumu qazanıb. Rusiyalı pilot Almaniya Qran-prisində 3-cü, fransalı isə Braziliyada 2-ci yeri tutub. 

RƏY BİLDİRİN