Bərdədə iki maşın toqquşdu: 7 yaralı

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

AutoCity.az-ın məlumatına görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib

Faktla bağlı araşdırma aparılır ("Report").

RƏY BİLDİRİN