"Formula 1": Mövsümün son yarışı başlayır

Bu gün Birləşmiş Ərəb Əmirliklərindəki "Yas Marina" avtodromunda "Formula 1" üzrə Abu Dabi Qran-prisi keçiriləcək. 

AutoCity.az xəbər verir ki, mövsümün son yarışında 10 komandadan 20 pilot 55 dövrə vuraraq ümumilikdə 305,355 km yol qət edəcəklər. Hazırda şəxsi mübarizədə lider olan "Mercedes" pilotu Lüis Hemilton artıq 6 qat dünya çempionluğunu təmin edib. O, Abu Dabi Qran-prisində təsnifat mərhələsinin də qalibi olduğu üçün ön cərgədə yer alacaq. 

Start düzülüşündə onun yanında "Red Bull"dan olan Maks Ferstappen yer alacaq. İkinci cərgədə isə "Ferrari" pilotları Şarl Lekler və Sebastyan Fettel qərarlaşacaq. 

Qeyd edək ki, yürüşə Bakı vaxtı ilə saat 17:10-da start veriləcək. 

RƏY BİLDİRİN