Bərdədəki qəzada xəsarət alanların şəxsiyyəti bilindi

Bərdə rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub. 

AutoCity.az-ın məlumata görə, hadisə zamanı Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. "Lada" markalı iki minik avtomobili toqquşub. 

Faktla bağlı araşdırma aparılır ("Report").

 

RƏY BİLDİRİN