Şəmkirdə dəhşətli qəza: 5 ölü

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb. Bunlar Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib. Qəzada ölən Orucov Dilqəm və Orucov Vüqar qardaşdır. 1994-cü il təvəllüdlü Orucova Nübar isə Orucov Dilqəmin qızıdır. 

Bir neçə nəfərin isə yaralandığı bildirilir. 

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub ("Report").

 

RƏY BİLDİRİN