"Top-6"da yeni pilot

"Maklaren" pilotu Karlos Sayns "Formula 1"in ortabab komandaları üçün nadir sayılan nailiyyətə imza atıb. 

AutoCity.az-ın məlumatına görə, ispaniyalı sürücü mövsümü şəxsi hesabda 6-cı yerdə başa vurub. O, "Mercedes", "Ferrari" və ya "Red Bull"u təmsil etmədən 2015-ci ildən sonra belə nəticəyə imza atan ilk pilot olub. 

Sayns fransalı Pyer Qaslini 1, tailandlı Aleksander Albonu 4 xal qabaqlayıb. Qasli və Albon yay fasiləsində "Red Bull" və "Toro Rosso" arasında yerlərini dəyişdiriblər.

RƏY BİLDİRİN