Lekler cərimə ilə qurtuldu

"Formula 1" üzrə Abu Dabi Qran-prisinin stüardları "Ferrari" pilotu Şarl Leklerin işi ilə bağlı qərar çıxarıblar. 

AutoCity.az xəbər verir ki, monakolu sürücünün komandası 50 min avro məbləğində cərimələnib. Səbəb kimi "Ferrari"nin təqdim etdiyi ilə real yanacağın miqdarında 5,5 litr fərqin olması göstərilib. 

Leklerin diskvalifikasiya olunacağı gözlənilsə də, stüardlar fərqli qərar qəbul ediblər. Nəticədə o, Qran-pridə 3-cü yerin sahibi kimi qalıb.  

Qeyd edək ki, Abu Dabidə qələbəni Lüis Hemilton qazanıb. İkinci yeri isə "Red Bull"dan Maks Ferstappen tutub.  

RƏY BİLDİRİN