Masallıda zəncirvari qəza

Masallı rayonunda zəncirvari yol qəza baş verib.

AutoCity.az xəbər verir ki, hadisə dekabrın 2-də gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

“Toyota Prado” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan digər maşınlara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ümumilikdə 4 avtomobilə ziyan dəyib ("Report").

RƏY BİLDİRİN