"Qarabağ"ın keçmiş hücumçusunun milyonluq avtomobilləri - FOTOLAR

Hazırda Çinin "Çjetszyan Qrintaun" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu avtomobillərə böyük maraq göstərir.

AutoCity.az xəbər verir ki, bu yaxınlarda Ndlovu 3 milyon randa (təqribən 360 min manat) "Audo R3" modelli avtomobil alıb. Onun birinci sinif "Mercedes-AMG G-Class G63", "Porsche Cayenne GTS Turbo", "Audi R8" və Mercedes Benz GTS"i də var. Bu maşınlar 6,7 milyon rand (804 min manat) ümumi dəyərə malikdir.

Onun hazırkı əmək haqqı və şəxsi kapitalının nə qədər olduğu bəlli deyil. Amma mənbələr Ndlovunun CAR-da ən ödənişli futbolçulardan biri olduğunu təsdiqləyir.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı ilin avqustundan 2018-ci ilin yanvarınadək forma geyinib. 

  • "Qarabağ"ın keçmiş hücumçusunun milyonluq avtomobilləri- FOTOLAR

RƏY BİLDİRİN