Kürdəmirdə qəza: Ölən və yaralananlar var - VİDEO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Alğırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford Tranzit” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə üç nəfər müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin səyinə baxmayaraq, yaralılardan biri - Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlvan oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralı - Mingəçevir şəhər sakinləri, sürücü 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlu və onun sərnişini 1990-cı il təvəllüdlü İslamova Könül Faid qızı həkim nəzarətinə götürülüb. 

Faktla bağlı araşdırma aparılır ("Report"). 

RƏY BİLDİRİN