"Qazprom"dan "Formula 1"ə ironiyalı təkzib

Rusiyanın "Qazprom" şirkəti "Formula 1" komandalarından birinin titul sponsoru olmağı planlaşdırdığına dair informasiyanı təkzib edib. 

AutoCity.az-ın məlumatına görə, bu barədə klubun rəsmi nümayəndəsi Sergey Kupriyanov açıqlama verib. 

"GPToday" nəşrinin məlumatında eyni vaxtda həm "ola bilər", həm də "olmağı planlaşdırır" sözləri yazılıb. Əlbəttə, ola bilər ki, biz hər şey ola bilərik. Amma məhz "olmağı planlaşdırmağ"a gəldikdə, xeyr, planlaşdırmırıq" deyə o, vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Qazprom"un "Formula 1"ə komandalardan birinin titul sponsoru kimi gəlməyi planlaşdırdığı xəbərləri yayılıb. Həmin kollektivin ya "Reno", ya da 2020-ci ildən "Alfa Tauri" adlanacaq "Toro Rosso" ola biləcəyi yazılıb. Şirkət 2002-2003-cü illərdə "Minardi"yə sponsorluq edib.    

RƏY BİLDİRİN