Azərbaycan Qran-prisinin qalibi rallidə də birinci oldu

​"Mercedes" pilotu Valtteri Bottas Fransada "Pol Rikar" avtodromu yaxınlığında keçirilmiş rallinin qalibi olub.

AutoCity.az-ın məlumatına görə, finlandiyalı sürücü 9 xüsusi sahənin 5-ni öndə bitirib. Nəticədə o, ralli karyerasında ilk qələbəsinə imza atıb.

Bottas "WRC — Citroen DS3" xüsusiyyətli beş avtomobildən birində çıxış edib. Təcrübəli pilot 9 xüsusi sahənin yekununda ən yaxın izləyicisi Robert Konsanini ("Şkoda") 50 saniyə geridə qoyub. Üçüncü yer isə "Formula 2"nin keçmiş sürücüsü Daniel Bokkalaççiyə ("Lotus") qismət olub.

Qeyd edək ki, Valtteri Bottas 2019 mövsümündə "Formula 1" üzrə dünya çempionatını gümüş medalla başa vurub. O, 26 - 28 apreldə keçirilmiş Azərbaycan Qran-prisində finişə birinci çatıb. Dünya çempionluğunu isə onun "Mercedes"dəki komanda yoldaşı Lüis Hemilton qazanıb. 

RƏY BİLDİRİN