Şəkidə minik avtomobili betona çırpıldı - VİDEO

Şəki rayonunda yol qəzası baş verib.

AutoCity.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində qeydə alınıb.

1999-cu il təvəllüdlü Röyal Bayramov "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı su ötürücüsünün betonuna çırpılıb. Sürücü sol çiyinin parçalanmış yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN