"Formula 1" Çempionlar Liqasından öndə

Formula 1 şirkəti 2019-cu il mövsümündə izləyiciləri ilə bağlı araşdırmasına dair hesabat açıqlayıb.

AutoCity.az xəbər verir ki, hesabata əsasən, ötən il Formula 1-in ümumi auditoriyası 1,992 milyard nəfər təşkil edib. Bu, 2012-ci ildən bəri ən yüksək rəqəmdir. Ondan əvvəlki - 2018-ci illə müqayisədə isə 9 faiz artım olub.

Hesabatda onlayn auditoriyanın artması baxımından Formula 1-in bütün böyük beynəlxalq yarışlar arasında birinci yeri tutduğu da bildirilir. 2019-cu ildə “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube”da Formula 1 abunəçilərinin sayı 2018-ci illə müqayisədə 32,9 faiz artaraq 24,9 milyon nəfər təşkil edir. Onlayn abunəçilərin artımı baxımından ikinci və üçüncü yerləri Çempionlar Liqası və İngiltərə Premyer Liqası tutur (20,1 faiz və 17,9 faiz).

RƏY BİLDİRİN