Bakının 4 yerində işıqforun işi dəyişdi

Bakı Nəqliyyat Agentliyi paytaxtın 4 yerində işıqforların iş rejimini dəyişdirib. 

Qurumdan AutoCity.az-a verilən məlumata görə, dəyişikliklər yol kəşişməsindəki işıqforlarla bağlıdır. 

1.Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

2.Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

3.Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib;

4.İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, qeyd edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

RƏY BİLDİRİN