İsmayıllıda ölüm qəzası - RƏSMİ

Fövqəladə Hallar Nazirliyi(FHN) İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası barədə açıqlama yayıb.

AutoCity.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və VAZ markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri VAZ markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RƏY BİLDİRİN