Hemilton "Mercedes" danışıqlarında problem

"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton və "Mercedes" komandası arasında yeni müqavilənin imzalanmasına dair danışıqlar çətinləşib. 

AutoCity.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, səbəb britaniyalı sürücünün tələbləridir. 35 yaşlı idmançı daha uzunmüddətli müqavilədə maraqlıdır. O, komandada 2025-ci ilədək qalmaq istəyir. Hemilton 2021-ci ildən 60 milyon dollar maaş istəyib. Karyerasını bitirdikdən sonra isə məşhur pilot "Mercedes"in səfiri olmağa hazırdır. 

Elə Almaniya komandası da daha uzun müdətli əməkdaşlıqda maraqlıdır. Lakin vəziyyəti məsələnin maliyyə tərəfi çətinləşdirir. Hazırkı müqavilə isə 2020-ci ilədəkdir.

Qeyd edək ki, daha əvvəl tərəflərin 2 illik müqavilə qarşılığında 90 milyon dollara razılaşdıqları yazılıb. 

RƏY BİLDİRİN