Hemiltondan Brayantın ölümü ilə bağlı başsağlığı

"Formula 1" pilotu Lüis Hemilton əfsanəvi basketbolçu Kobi Brayantın ölümü ilə əlaqədar başsağlığı verib. 

AutoCity.az xəbər verir ki, britaniyalı sürücü dahi şəxslərdən birini eşitməsindən kədərləndiyini bildirib. 

"Kobi Brayant dahi atletlərdən biri kimi çoxlarına, o cümlədən, mənə zövq verirdi. Ailəsi və dünyada onu izləyən insanlar adına dərin üzüntümü ifadə edirəm. Qoy, özü və qızı rahat uyusun". 

Qeyd edək ki, 41 yaşlı Kobi Brayant şəxsi helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Onunla birgə 13 yaşlı qızı Canna, eləcə də daha 3 sərnişin vəfat edib. 

RƏY BİLDİRİN