Hemilton atası ilə məzələndi

"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton yenidən diqqət mərkəzinə düşüb.

AutoCity.az-ın məlumatına görə, 35 yaşlı "Mercedes" pilotu şəxsi "Twitter" səhifəsində atası ilə məzəli şəklini paylaşıb.

"Ötən həftə məşq etmək üçün atam yanıma gəldi. Burada maşına mindik, klassik musiqi dinlədik və sadəcə istirahət etdik. Hər kəsə sevgi və pozitivlik göndərirəm" - Hemilton özünün şəxsi "tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, Lüis Hemilton 2019-cu il mövsümündə 21 Qran-prinin 11-dən qalib ayrılıb və ardıcıl 3-cü il dünya çempionu olub.

RƏY BİLDİRİN